28 августа 2009, 19:44
| | |
#22 (ПС)
| Menim qaranligim у меня в Аз. ест..\ Не думаю что кто нибудm сможет перевести етот текст...
H.O.S.T Alliance-Mənim qaranliğim
Həyatım əllərimdə əriyən şam kimi qaranlıq aləmimdə
Son ümidin yasında göz yaşımda qəmli xatirə
Əzablarımla qəlbimin pıçıltısı kəsildi səbrimin sonu uzaq
Bu daş kəsəyli yolda qatiləm
Qərar uzaq səfər belimdə illərin yükü
Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri
Qaranlığımda şər qıfıl qapı tikan çəpər
Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri
Ürək ölüb və bilmək istəmir bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz
Bu gün küləy bitər , günəş itər buludlu göydə yelkənim küləysiz
Ürəysiz tikilsin heykəlim və gözlərim bəbəysiz
Qapını bağlayın heç kəs gəlməsin bu gün özüm özümlə qalmağ istərəm , ölmək istərəm
Ölümü gözlərəm ağ çiçəklə əllərimdə , qara qəzəllərimlə sətir izlərəm
Dünya çox gözəl və çox yalançı
Nəğmələr oxundu şeirlər azıldı hər birində
Körpə qəlbimin əlində can verən göyərçin hələ də uçmağ arzusuyla
Çırpınan qanadların səsində anladım
Sevgilər nağıl , Nağıllar yalan
Arzular talan bu şəhər yad mənə tamam
Gecə sonsuz durub zaman
Yaram sağalmır axır qan
Geri zülmət irəli duman
Yenə nifrət kədər güman
Halım yaman köməy , aman
Damarlarımda qaraqan
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlğa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Ümidlərim “kim tez ölə bilər” yarışmasında
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi , Qaranlığıma xoş gəldin!
Uşaqlığımla görüşsəydim ağlayıb qaçardı
Qorxub üzünə baxmadan bu qəribə adamın anasına çatardı
Ürəy atardı , gecə yatardı qollarında zülmətin
Sadəlöv arzular bahalı zamanı
Heçə satardı
Şaxtalar dəyişdi üzümü yarası kədəri , qırışı atdı
Söyüşü artdı dilimin illər ötdü ürəyim indi sərtdi
Mələyi tutmaq istədim əlimlə parıltıdan göz qamaşdı
Qürurum və vicdanım hisslərimlə çox dalaşdı
Çox dirəşdi tələdə səhərə kimi bu dərədə
Arada sırada qələbə , çataram hədəfə yarama səpələ duzunu
Düzünü yuxunu gözümün irağı edərəm üzünü taparam
İzini gedərəm səsinə çataram əlini tutaram harda olsa qalada dərədə təpədə
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdı
Dəli şair gözü yaşlı tənha gecələr yatmazdı
Səhra yolumun əvvəlində, cəllad silah əllərində
Qarabasma yenə tərlədim mən, dəftər dolu qəzəllərimlə
Səssiz olun yenə bir həyat tamaşası bitdi bu Gecədə qəmli sonu
Sevgi donu geyinən hər kədəri də ilk baxışdan tanımışdım onu
Bu tikanlı yolu qara dərviş bəzədi saray kimi nəfəsind şaxta donu
Qara qarğa qonub evimin bacasına, cavanını qocasını söy mikrofonum.
Illər köçər kitab rəfimdə oxunmamış hər nağıl
Uşaqlığımın üzünə tüpürüb dəqiqələr də çox paxıl
Inanmıram ki , bir dəqiqə versin 61 saniyə
O əlavə bir saniyədə bir söz qışqırım
Tövbə
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlğa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Ümidlərim “kim tez ölə bilər” yarışmasında
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi , Qaranlığıma xoş gəldin!
Və artıq görmürəm yuxularımda cənnəti bu qəlbimin sonuncu harayı
Hansı cəhənnəmdə bilmirəm yanır əzab çəkir
Ruhum ağlayır bədən qəfəsdi
Yoruldu tab gətirmir acı kədərli illərə
artıq görmürəm yuxularımda cənnəti bu qəlbimin sonuncu harayı
Hansı cəhənnəmdə bilmirəm yanır əzab çəkir
Ruhum ağlayır bədən qəfəsdi
Dözmək olmur artıq bəsdi , buraxın uçum göylərə.
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlğa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Ümidlərim “kim tez ölə bilər” yarışmasında
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi , Qaranlığıma xoş gəldin!
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlğa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Ümidlərim “kim tez ölə bilər” yarışmasında
Qırıldı qəlbim , kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim , soyuqdu qəbrim
Gözlərimdən yaş gəldi , Qaranlığıma xoş gəldin! |